ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Helsinki görüşü haqda məlumatları “saxta xəbərlər” adlandırıb.
“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter səhifəsində yazıb:
“Saxta xəbərlərdə mənim Putinlə görüşümün mənfi keçməsi haqda yazırlar və hətta bu görüşdən imtina etdiyimi bildirirlər. Yadınızda qalsın, mən heç nədən imtina etməmişəm”.
Xatırladaq ki, daha əvvəl Tramp Şimali Koreya lideri ilə dialoqdan imtina etməsi xəbərini də təkzib etmişdi.



































