Tovuz-Gədəbəy yolunda mikroavtobus aşıb.
Minval.info-nun bölgə müxbiri xəbər verir ki, Tovuz – Gədəbəy avtomobil yolunda yol qəzası baş verib. Şamlıq kəndi ərazisində hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Nəticədə Goranboy rayon sakinləri 1951-ci il təvəllüdlü Əliyev Səmayə Dünyamalı qızı, 1967-ci il təvəllüdlü Qsımova Ceyran Mədət qızı və 1999-cı il təvəllüdlü Verdiyeva Zinət Halay qızı müxtəlif bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir. Qəzaya qarlı hava şəraitinin səbəb olduğu bildirilir. Məlumata görə, qəzaya düşənlər Gədəbəyə toya gedirmiş.
Faktla bağlı araşdırma aparılır.`
Minval.info







































