TikTok videosu faciə ilə bitdi: 15 yaşlı yeniyetmə öldü
Ağstafa rayonunda TikTok üçün video çəkərkən elektrik cərəyanı vuran 15 yaşlı Ö.Nəsibov həyatını itirib. Hadisə 21 avqust 2026-cı il tarixində baş verib və yeniyetmə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.
Minval.info xəbər verir ki, ilkin tibbi yardım göstərildikdən sonra Ö.Nəsibov daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə olunub. Lakin, sifət, boyun və hər iki yuxarı ətrafların III-IV dərəcə elektrotravmalı ağır dərəcəli termiki yanığı diaqnozu qoyulan yeniyetmə, aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 22 avqust 2026-cı il tarixində vəfat edib.
Qeyd edək ki, yeniyetmənin TikTok sosial şəbəkəsi üçün video çəkmək istəyərkən bu faciəvi hadisə baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq