25.07.2018 - 22:30
Dünya 15 baxış

Terror aktında ölənlərin sayı 180 nəfəri ötüb

Suriyanın cənubunda yerləşən Es-Suveyda şəhərində törədilən silsilə terror aktları nəticəsində ölənlərin sayı 180 nəfəri ötüb.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı Suriyanın İnsan Haqlarına Riayət Olunması üzrə Monitorinq Mərkəzinə istinadən məlumat yayıb.

İlk hadisə terrorçu-kamikadzenin özünü Əs-Süveyd şəhərindəki bazarda partlatması nəticəsində baş verib. Bundan sonra Əl-Musalleh rayonunda da növbəti partlayış törədilib. Partlayışlar zamanı ümumilikdə 183 nəfər həlak olub.

Daha əvvəl hadisə zamanı 150 nəfərin həlak olduğu bildirilirdi.

Hər iki partlayışın terrorçular tərəfindən törədildiyi bildirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: