TƏBİB: Avqustda 11 min uşaq peyvəndləndi
Ölkə üzrə 1-15 avqust tarixlərində 11 504 uşağa ümumilikdə 15 893 peyvənd tətbiq edilib. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Minval.info xəbər verir ki, peyvəndləmə TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planı çərçivəsində həyata keçirilib. Bu plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusu qiymətləndirilir, peyvənddən kənarda qalan və natamam immunizasiya olunan uşaqlar müəyyənləşdirilir. Həmçinin valideynlər maarifləndirilir və uşaqların yaşına uyğun peyvəndlərlə immunizasiyasının tamamlanması istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, immunizasiya prosesinə cəlb olunan tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə 15-31 iyul tarixlərində təlimlər keçirilib. Təlimlərdə 1 435 tibb işçisi iştirak edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq