Tbilisidə güclü partlayış: Xəsarət alanların sayı 8 nəfərə çatıb
Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alanların sayı 8 nəfərə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib.
Onun sözlərinə görə, xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır: “Yaralıların ikisinin tənəffüs yolları yanıb. Digər yaralananlar isə müxtəlif xəstəxanalara yerləşdirilib. Həkimlər onların həyatlarını xilas etmək üçün əllərindən gələni edirlər”.
Partlayış nəticəsində xəsarət alanlar arasında 7 aylıq uşağın da olduğu bildirilir.
***13:20
Gürcüstanın paytaxtı Tbilisinin Diğomi rayonunda yerləşən beşmərtəbəli yaşayış binalarının birində partlayış baş verib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, partlayışa səbəb qaz sızması səbəb olub.
Nəticədə 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Partlayış binada dağıntılara səbəb olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub