Tarixi ağacı çıxaran cütlüyə inanılmaz cəza: 586 min dollar cərimə ödəyəcəklər

ABŞ-ın Kaliforniya ştatında ərazilərində olan 180 yaşlı tarixi palıd ağacını çıxaran cütlük 586 min dollar cərimə olunub.
Moderator.az xəbər verir ki, ABŞ mediasında çıxan xəbərlərə görə, San Fransiskonun şimalında yaşayan cütlük qanunla qoruma altında olan 137 hektar ərazisi olan torpaqlarında yeni bir ev tikdirib. Gənc cütlük ərazidə olan 180 illik palıd ağacını yerindən çıxarıb yeni tikdirdikləri evin yaxınlığına əkmək üçün podratçı ilə razılaşıb.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Əvvəlki yerindən çıxarılaraq yeni yerə əkilən ağac burada quruduğu üçün ətraf mühiti qoruma əməkdaşları hadisə yerində araşdırma aparıb və palıd ağacı ilə ətrafdakı digər ağac və yaşıllıqlara verdikləri zərərə görə cütlüyə qarşı iddia qaldırıb.
İcazə almadan ətraf mühiti qoruma qanununa qarşı çıxdıqları üçün 586 min dollar cəzaya məhkum edilən cütlüyün məhkəmə qərarından sonra həmin ərazini 8 milyon 450 min dollara satışa çıxardığı qeyd edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək