
Əfqanıstanın paytaxtı Kabildə baş verən qarşıdurmada “İslam Dövləti” terror qruplaşmasından olan bir qrup terrorçu zərərsizləşdirilib.
Minval.info-nun məlumatına görə, bu barədə “Taliban” hərəkatındakı mənbədən bildirilib.
Məlumata əsasən, bir qrup İŞİD terrorçusu Kabilin Xayr-Xan rayonunda qısa bir atışmadan sonra zərərsizləşdirilib.


































