14.08.2026 - 18:38
Ölkə 22 baxış

Taksi sürücüsünün "uşaqlı sərnişin" bəhanəsi: Bakı küçələrində narazılıq yarandı

Bakıda bir taksi sürücüsü, uşaqlı sərnişini yolda düşürərək narazılığa səbəb olub. Sərnişin, sifariş etdiyi taksini gözlədikdən sonra azyaşlı uşağı ilə avtomobilə minmişdir.

Minval.info xəbər verir ki, hadisə zamanı sürücü sərnişinə qarşı kobud davranmış və təxminən 5-6 dəqiqə yol getdikdən sonra “mən uşaqlı adam götürmürəm” deyərək avtomobili saxlamışdır. Sərnişin sürücüdən nə etməli olduğunu soruşduqda, sürücü onu avtomobildən düşməyə məcbur etmişdir.

Hadisənin baş verdiyi avtomobilin dövlət nömrə nişanının 77-UY-148 olduğu bildirilir. Sərnişin, sürücünün bu davranışından narazı qalaraq məsələ ilə bağlı tədbir görülməsini tələb edib.

Bolt şirkətinin mətbuat xidməti, platformanın sərnişinlər və sürücülər üçün təhlükəsiz və keyfiyyətli xidmət təmin etməyi hədəflədiyini bildirib. Şirkət, belə hallarla qarşılaşan sərnişinlərdən tətbiq vasitəsilə məlumat vermələrini xahiş edir və daxil olan hər bir müraciəti araşdırır. Qaydaların pozulduğu təsdiqləndiyi hallarda müvafiq tədbirlər görülür.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: