Təyyarədə dəhşətli anlar: Mühərrik qopdu, sərnişinin başı pəncərədən çıxdı!
Selanikdən Memmingenə uçan Ryanair təyyarəsində mühərrik pərinin qopması ciddi təhlükə yaradıb. Hadisə nəticəsində təyyarənin pəncərəsi zədələnib və təzyiq itkisi baş verib.
Minval.info xəbər verir ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının ilkin hesabatına əsasən, mühərrikdən qopan parçalar pəncərəni sındıraraq serbiyalı sərnişin Lübisa Karoviçin başı və sağ çiyninin çölə çıxmasına səbəb olub. Ağır xəsarət alan sərnişini həyat yoldaşı və digər iki sərnişin ayaqlarından tutaraq təyyarənin içində saxlamağa müvəffəq olublar.
Hadisədən sonra ekipaj dərhal təcili vəziyyət elan edib və təyyarə Selanik Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Məlumata görə, mühərrik may ayında ultrasəs müayinəsindən keçmiş və heç bir nasazlıq aşkar edilməmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır