Təl-Əviv vurulacaqdı, böyük savaşa hazırlaşırıq - "İslami Cihad"

İsrail ordusu hücumlarını davam etdirsəydi, bir neçə saat sonra Təl-Əviv vurulacaqdı.
Axar.az xəbər verir ki, bu sözləri İslami Cihad Hərəkatının Baş katibi Ziyad ən-Nəhhalə deyib.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Baş katib İsrail ordusunun Böyük Qayıdış Yürüşü nümayişlərinin iştirakçılarına atəş açdığını və bu səbəbdən də snayperlərin əsgərləri vurmağa məcbur qaldığını bildirib. Qəzza zolağında yaşanan son hadisələri döyüş güllələrilə keçirilmiş bir təlim kimi qiymətləndirən ən-Nəhhalə qaçılmaz olaraq gördükləri böyük savaşa hazırlaşdıqlarını ifadə edib.
Nəhhalənin sözlərinə görə, İsrail ordusunun atəşkəsi pozmasına dərhal qarşılıq verilməsi ilə bağlı Fələstindəki qruplar arasında anlaşma baş tutub, İslami Cihad Hərəkatı və HƏMAS Qahirədə ortaq əməliyyat bölməsini aktivləşdirməyə qərar verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək