Təcili! Rusiya Ukrayna ilə sərhəddə hərəkətə keçdi
Ukrayna sərhədləri yaxınlığında Rusiyanın döyüş helikopterlərinin sayı artıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığının sözçüsü Yuri İqnat brifinqdə bildirib.
Onun sözlərinə görə, tammiqyaslı hərbi əməliyyatlar başlayana qədər Ukrayna yaxınlığında 700 təyyarə – 450 qırıcı və 250 helikopterdən ibarət aviasiya qrupu mövcud olub.
“Düşmənin bir çox aviasiya texnikası artıq məhv edilib, lakin rusların hələ bu tərkibi artırmaq imkanı var. Hazırda rusların Ukrayna sərhədləri yaxınlığında 430-a yaxın təyyarəsi var, lakin helikopterlər qrupu da əhəmiyyətli dərəcədə artıb və onlar 360-dan çox vahid təşkil edir. Bu, aviasiya fəallığının azalması ilə izah olunur. Həmin helikopterlərin əsas vəzifəsi quru qoşunlarını dəstəkləməkdən ibarətdir”, – deyə Yuri İqnat vurğulayıb.
O bildirib ki, Rusiyanın Ukrayna ilə sərhədə malik Belarusdan, habelə işğal olunmuş Krımdan gündə təxminən 100 uçuş həyata keçirilir. Yuri İqnatın sözlərinə görə, Sevastopol yaxınlığında yerləşən Belbek aerodromunda da aviasiya fəallığı artırılıb.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır