Şuşaya nəfəs qədər yaxınıq - Prezidentdən müjdə kimi sözlər! Fred Asifin qardaşı ilə "Canlı debat"
Vətən müharibəsinin 37-ci günündə müzəffər ordumuz bizə ard-arda qələbə qüruru yaşadır. Azərbaycan cəmiyyəti qeyri-rəsmi də olsa, bu həftəni Xocavənd-Laçın-Şuşa həftəsi adlandırıb və gözləntilərini böyüdüb. Vətən savaşının bu ay bitəcəyi, Azərbaycan tarixində noyabr ayının qələbə ayı kimi qeyd olunacağı ilə bağlı ümidlər artmaqdadır.
Erməni ordusunda isə bu günlərdə ciddi itkilər var. Hətta Avropada yaşayan ermənilər “mühüm bir erməni”nin yasına hazırlaşırlar. Ermənistan ordusunda əsgərlər arasında atışma gedir, vuruşmaq istəməyənlər ayağa qalxır.
Prezident İlham Əliyev isə “Şuşaya bir nəfəs qədər yaxınıq” deyə cəmiyyəti bir daha ruhlandırıb. Cəbhə bölgəsindən yenicə gələn veteran döyüşçü, milli qəhrəman Fred Asifin qardaşı Ədalət Məhərrəmovla bu gün son durumu müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, canlı yayına qatıla bilərsiz.
Youtube səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
ƏLAQƏLİ
Ermənistanda PANİKA: Azərbaycan Ordusu yüksəklikləri götürdü, mühəndislik işlərinə başladı – CANLI
https://youtu.be/UGCNNzB2Mxo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fənərbağça - Beşiktaş matçı - CANLI
TƏCİLİ: Türkiyədə seçkilər 1 il təxirə salınır?
