Sürücülərin NƏZƏRİNƏ: Yeni avtobus zolağı yaradılır, cərimələ bilərsiniz
Bakı Nəqliyyat Agentliyi (BNA) 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti – Məhəmməd Hadi küçəsi – Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti – Moskva prospekti – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlayıb.
Minval.info xəbər verir ki, bu barədə Agentliyin fərdi nəqliyyat vasitəsi sürücülərinə və avtomobil sahiblərinə müraciətində bildirilir.
Qurum bəyan edib ki, artıq ərazidə zəruri infrastruktur işləri yekunlaşıb. Dekabrın 11-dən fərdi minik avtomobillərinin qeyd olunan dəhliz boyunca xüsusi zolaqlara daxil olması və hərəkəti qadağan edilir. Bu zolaqlarda ictimai nəqliyyatın sərbəst hərəkətinə maneçilik törədən digər nəqliyyat vasitələri sürücülərinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə tədbirləri tətbiq ediləcək.
“Bir daha sürücüləri və avtomobil sahiblərini paytaxtın əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə tətbiq edilən xüsusi zolaqların tələbinə anlayışla yanaşmağa dəvət edirik. Bu zolaqları təşkil etməkdə məqsəd, müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət cədvəllərində stabilliyi təmin etmək, əhalinin ictimai nəqliyyatdan istifadəyə marağını artırmaqla keyfiyyətli sərnişindaşınma xidməti göstərməkdir.
Zolaqların təşkili ilə həmçinin ümumi istifadədə olan nəqliyyat vasitələri ilə yanaşı, operativ nəqliyyat vasitələrinin də həmin zolaqlarla maneəsiz hərəkəti təmin olunacaq ki, bu da həyati vacib sahələrə müsbət təsir göstərəcək”, – müraciətdə qeyd olunub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıdakı dəbdəbəli toy görüntüləri gündəm oldu - Video
“Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər”
"Mənə nə desəniz keçərəm, amma ailəmə heç vaxt!" - Röya
Bağçada uşaqları döyən tərbiyəçi azadlığa buraxıldı - VİDEO
Azərbaycan neftinin bu günə olan QİYMƏTİ
Daha 6 qazi müalicə üçün Türkiyəyə göndərilib - FOTO
Bürclər - 21 oktyabr