Suriyada Türkiyə vertolyotu vuruldu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində Türkiyəyə məxsus helikopterin vurulduğunu bildirib.
Minval.İnfo Yenicag.az-a istinadən xəbər verir ki, prezident AKP-nin iclasında: “Silahlı Qüvvələrimiz cəsarətləri, qanları, canları ilə bu mübarizəyə davam edirlər. Az öncə helikopterimiz vuruldu. Savaşın içindəyiksə, itkilərimiz də olacaq”.
Daha sonra Ərdoğan: “Bizim bir helikopterimiz vuruldu, amma terrorçular bunun əvəzini artıqlaması ilə ödəyəcəklər. Çünki biz qərarlıyıq və inanırıq. Bunu da bacaracağıq”, deyib.
Qeyd edək ki, yanvarın 20-də Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın Afrin bölgəsində PKK-nın Suriya qolu olan PYD/YPG terrorçularına qarşı əməliyyata başlayıb. Ümumilikdə, 1141 terrorçu məhv edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub