Suriyada mülki əhaliyə yardım edən britaniyalının İstanbulda müəmmalı ölümü
Hadisədə Rusiya kəşfiyyatının əli olduğu bildirilir…
Böyük Britaniya ordusunun keçmiş zabiti Ceyms Le Mezürye İstanbulda ölü tapılıb. ABŞ-ın “The Wall Street Journal” qəzeti onun Suriyada vətəndaş müharibəsi zamanı “Ağ dəbilqəlilər” adlı mülki müdafiə təşkilatını qurduğunu və ölümündən bir neçə gün qabaq Rusiyanın Le Mezüryeni terrorçu qruplarla əlaqələrdə ittiham etdiyinə diqqət çəkib.
Türkiyə hüquq-mühafizə orqanlaırnı xəbərinə əsasən, Ceyms Le Mezüryenin cəsədi bu həftənin birinci günü İstanbulun Bəyoğlu rayonunda evinin qarşısında aşkar edilib. “Hürriyət” qəzetinin məlumatına görə, istintaqın ilkin versiyası onun evini eyvanından aşağı düşməsi nəticəsində ölməsi və ya öldürülməsindən ibarətdir. Britaniya vətəndaşının evindən xəritə və xüsusi qrafik rəsmlərin çıxması isə onun kəşfiyyatçı olması ehtimalını önə çıxarıb.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Ceyms Le Mezürye Qərbdə Suriyada apardığı humanitar əməliyyatlarla ilə öyünülürdü. Bundan başqa o, Bəşər Əsəd ordusunun və Rusiya hərbi aviasiyasının mülki əhali üzərinə yağdırdığı bombardmanların, törətdiyi vəhşiliklərin, o cümlədən kimyəvi silahın tətbiqinin görüntülərinin yayılması, habelə sənədləşdirilməsi ilə tanınırdı.
Suriyadakı rejim və Kreml isə həmi videoların feyk, yəni yalan olduğunu, “ağ dəbilqəlilər”in əməliyyatlarının isə saxtakarlıqla həyata keçirildiyini iddia edirdi.
Britaniyalının ölümünün Rusiya Xarici işlər nazirliyinin sözcüsü Mariya Zaxarovanın onu “Mİ-6”, yəni xarici kəşfiyyat xidmətinin agenti adlandırmasından sonra baş verməsi Qərb mediasında təsadüf hadisə sayılmayıb.
“Ağ dəbilqəlilər Suriyada “Qərbin rəngli inqilabların reallaşdırılması, bölgədə süni münaqişələrin yaradılmasının sınaqdan keçirilməsi vasitələrindən biridir”,- deyə “The Wall Street Journal” qəzeti Mariya Zaxarovanın sözlərindən sitat gətirib.
Qəzet Putin rejiminin özünə hiqiqi düşmən saydığı adamların xaricdə öldürülməsi hallarının tez-tez baş verməsini xatırladıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək