Sumqayıtda birmərtəbəli ev yanıb.

Minval.info-nun məlumatına görə, ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının dam örtüyünün yanar konstruksiyaları 6 m2 sahədə və ətrafda olan 2 m2 taxta tullantıları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.