Sumqayıtda hasar uçub, ölən varSumqayıt bədbəxt hadisə baş verib.

Xeberle.com-un məlumatına görə, hadisə şəhərin Çerkassk küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən həyət evlərinin birində evin hasarı uçub. Nəticədə hasarın dağıntıları altında qalan, ev sahibi, 1961-ci il təvəllüdlü Məmmədov İlham Süleyman oğlu hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.