Stoltenberq: “Türkiyə ilə saziş üzərində işləyirik”
NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın Madrid sammiti öncəsi maraqlı açıqlama ilə gündəmə gəlib.
Alyansın rəhbəri Türkiyə ilə saziş üzərində çalışdıqlarını deyib:
“Biz İsveç, Finlandiya və Türkiyə arasında silah ixracı, terrorla mübarizə də daxil olmaqla Ankaranın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün saziş üzərində işləyirik”, – Stoltenberq bildirib.
İsveç baş naziri Maqdalena Andersson isə ölkəsinin bundan sonra terrorçular üçün etibarlı sığınacaq olmayacağını vəd edib.
“Ümid edirəm ki, NATO-ya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar qısa zamanda tamamlana bilər. İsveç terrora qarşı sərt mövqeyini davam etdirəcək, terrorçular üçün etibarlı sığınacaq olmayacaq”, – deyə o, vurğulayıb.//Oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır