Söyüş üstündə adam öldürənə 16 il həbs verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda və qəsdən adam öldürməkdə ittiham olunan 2000-ci il təvəllüdlü Həsənağa Abdullayev və 2003-cü il təvəllüdlü Elvin Şəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Minval.info” “Qafqaz.info”a istinadən xəbər verir ki, hökmə əsasən, H.Abdullayev qəsdən öldürməyə görə 16 il, Elvin Şəmmədova isə xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Yasamal rayonu ərazisində baş verib. Həmin tarixdə H.Abdullayev dostu E.Şəmmədovla birlikdə daha əvvəl aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə Alı Nuriyev və dostları – Əli Əliyev, Elvin Kərimov, Babək Məşədiyev, Eltac Rəsulovla görüşüblər. Bu zaman Həsənağa Abdullayev bıçaqla Əli Əliyevi qəsdən öldürüb, Elvin Şəmmədov isə hadisə yerindən götürdüyü müxtəlif ölçülü daşlarla münaqişədə iştirak edənlərə hücum edərək onlara fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur