Dünya tarixi müharibələrlə zəngindir. Təkcə eramızda baş verən savaşlardan, silahlı toqquşmalardan, kütləvi qətliamlardan təfərrüatlı şəkildə bəhs etsək, 2019 il ərzində dayanmadan yazmaq və danışmaq lazım olar. 

Bu müharibələrdə milyardlarla insan ölüb. Böyük hərbi cinayətlər törədilib. Dəhşətli insan faciələri yaşanıb. Haqsızlıq-ədalətsizlik ərşə dirənib. Günahsız insanların qanı su yerinə axıdılıb. Milyonlarla insan doğulub-böyüdüyü torpaqlardan didərgin düşüb.

İnsan oğlunun xisləti budur: bir-birini məhv edir. Yer üzündə cəmi iki canlıda bu xislət var – bir insanlarda, bir də şala adlanan yaşıl çəyirtkələrdə. Yalnız onlar öz növlərindən olanları öldürürlər. Buna hannibalizm deyirlər. İnsanlar öldürdükləri həmnövlərini yeməsələr də, törətdikləri kütləvi qətliamlar daha genişdir.

Ancaq bütün müharibələri, qətliamları soyqırım (genosid) kimi səciyyələndirmək olarmı? Əbəttə, yox.

Əslində qədim dövrlərdə bir millətin münaqişədə olduğu başqa bir etnosun kökünü kəsdiyi, maksimum qırıb qurtardığı, yerdə qalan az bir qismini isə öz içində əritdiyi hallar çox olub. Sadəcə, qədim dövrlərdə salnamə, tarix yazmaq işi zəif olduğundan sonuncu nəfərinə qədər məhv olan etnik qrupların, xalqların barəsəində informasiya azdır. Müəyyən istisnalar var. Məsələn, bilirik ki, Çingiz xanın dönəmində monqollar merkitləri qırıb-çatıblar. Bu gün dünyada merkit xalqı yoxdur. ABŞ-da yaşayan hindu tayfalarının məruz qaldığı soyqırım isə uzaq tarixin səhifəsində deyil, cəmi 200 il əvvəl baş vermis hadisələrdir.

Картинки по запросу hindu apaçi

19-cu və 20-ci əsrlər də dünya xalqlarının bir-birilə amansız müharibələr apardığı dövrlərdir. Təkcə iki dünya müharibəsində yüz milyondan artıq adam ölüb. Hazırda BMT-nin üzvü olan 200-dən artıq dövlətinin 150-dən çoxunun tarixində kütləvi qətliamlar baş verib.

Bu qətliamların bəziləri sinfi xarakter daşısa da, sosial zümrələr bir-birini qırıb çatsa da, tam əksəriyyəti milli zəmində, bir qədəri də dini mənsubiyyət fərqliliyi səbəbindən olub.

Bir etnik qrupun, xalqın hansısa dövlətin tərkibində separatçı hərəkata başlaması, qiyama qalxması həmişə qətliamlarla müşayiət olunub. Etnik çoxluğun idarə etdiyi dövlətin cəza aparatı daima qiyamçı etnik azlıqları amansızcasına cəzalandırıb. Amma bu cəza tədbirləri zamanı əsas məqsəd qiyama qalxanların soyunu kəsmək olmayıb, başlıca məqsəd onların dikbaşlarını sıradan çıxarmaq, yerdə qalanların ram etmək, itaət altına almaq olub.

Картинки по запросу dersim katliamı

Məsələn, ötən əsrin 30-cu illərində Türkiyənin Tunceli vilayətində dini-milli-sosial zəmində dövlətə qarşı qiyam qaldırmış üsyançıların darmadağın edilməsini son illərdə “genosid aktı” kimi qeyd edənlər, tanıtdırmaq istəyənlər var. Gerçəkdən də o vaxt orada kütləvi qətliamlar baş verib, Ancaq fakt odur ki, üsyana qalxmış insanlara eyni etnik qrupa mənsub olan qonşu mahallarda yaşayanlara toxunan olmayıb. Bu, o deməkdir ki, üsyançıların cəzalandırılmasında milli mənsubiyyət rol oynamayıb və cəzalandırma aktı lokal səciyyə daşıyıb.

Картинки по запросу сребреница

Srebrenitsa və Xocalı qətliamlarına da bu prizmadan baxmaq mümkündür, amma bir ciddi fərq var. Məsələ ondadır ki, serblər Srebrenitsada, ermənilər isə Xocalıda öldürmək, yaralamaq, əsir götürmək imkanında olduqları hər kəsə qarşı soyqırım siyasəti yeridiblər. Onlar başqa şəhərlərdə yaşayan “düşmən”lərini ona görə qırmayıblar ki, əllərində imkan olmayıb. Əgər Xocalıyla eyni gündə ermənilər Şuşaya, Ağdama, Füzuliyə daxil olsalar, fərqli davranmayacaqdılar. Dinc əhalinin böyük əksəriyyətini qıracaqdılar, az bir qismini isə “saxta humanizm aktı” nümayiş” etdirmək üçün saxlayacaqdılar.
Müasir dünyada “genosid” deyərkən təkcə hansısa etnik qrupun kökünü kəsmək üçün onları kütləvi şəkildə güllələyib adsız məzarlarda, xəndəklərdə basdırmaq nəzərdə tutulmur. Həmin milləti daimi yaşadığı torpaqlardan kütləvi şəkildə deportasiya etmək də soyqırım siyasətinin tərkib hissəsidir. Çünki sürgün və deportasiya halında həmin arealda “düşmən etnik qrup”un kökü kəsilmiş olur.

Картинки по запросу xocalı soyqırımı

Bu baxımdan SSRİ dönəmində çeçenlər, Krım tatarları, Mesxeti türkləri, Ermənistan azərbaycanlıları da soyqırıma məruz qalıblar. Onları daimi yaşayış məskənlərindən deportasiya ediblər və üstündən 70 ildən artıq vaxt keçməsinə baxmayaraq bu etnik qruplara münasibətdə ədalət yerini almayıb.

Картинки по запросу голодомор в украине

Ötən əsrin 30-cu illərində Ukraynada baş verən Qolodomor (aclıqdan ölüm) cinayəti də müəyyən mənada soyqırım siyasətinə aid aktdır. Qolodomorda 7-10 milyon arası adam acından ölüb. Bu insanların taxılını zorla əllərindən alıb Moskva, Leninqrad kimi iri şəhərlərin əhalisini yedirdiblər və kənd əhalisini aclıqdan ölümə məhkum ediblər. Hazırda ukraynalı siyasətçilər və yaradıcı ziyalılar bunu Kremlin Ukrayna xalqına, xüsusən də sovet-bolşevik hökumətinə rəğbət bəsləməyən qərbi ukraynalılara qarşı yeritdiyi məqsədyönlü siyasətin nəticəsi hesab edirlər.

Картинки по запросу pol pot

Dünya tarixində öz millətinə qarşı soyqırım siyasəti yeridənlər də olub. Bu, hadisə 1976-79-cu illlər arasında Kambocaya rəhbərlik etmiş Pol Pot və İyenq Sarinin dövründə olub. Kamboca kommunistlərinin bu iki lideri əhalini şəhərdən kəndə zorla köçürməklə qalmayıblar (köçürülənlərin 59 faizi qırılıb), onların sayını kütləvi repressiyalarla, aclıqdan öldürməklə azaltmağa çalışıblar. Nəticədə 1-3 milyon arası insan məhv edilib. (Daha dəqiq rəqəm 2,5 milyon hesab olunur). Pol Pot rejiminin amansızlığı, qəddarlığı o duruma çatıb ki, axırda, 1979-cu ildə onu da, İyenq Sarini də deviriblər.

Bir sözlə, əksər ölkələrin tarixi kütləvi qətliamlarla doludur. Onların hamısı antibəşəri cinayətdir, amma heç də hamısı və ya yarısı soyqırım siyasəti deyil. Günümüzdə də müharibə edən tərəflərdə bir-birini son nəfərinədək məhv etmək ehtirası, bunu həyata keçirəcək qədər şiddətli nifrət olur. Bu, müharibə psixozudur. Ötən əsrin 90-cı illərində bir-birilə vuruşan tərəflər – tutsilər və hutular da bir-birinin axırına çıxmaq cəhdi edərək savaşırdılar, nəticədə hər iki tərəfdən 800 min adam öldü. Əgər tərəflərdən biri digərindən hərbi baxımdan daha üstün olsaydı, şübhəsiz ki, qalib tərəf məğlubun sonuna çıxacaqdı. Ancaq tutsilərin bəxti onda gətirdi ki, həm özləri hutulara müqavimət göstərdilər, həm də beynəlxalq birlik hutu hökumətini durdura, devirə bildi.

Yeri gəlmişkən, Ruandadakı soyqırıma görə ən böyük məsuliyyət daşıyan tərəf Fransa dövlətidir. Məhz bu dövlət hutuları dəstəkləyir, tutsilərə qarşı yeridilən soyqırım siyasətinə yardım edirdi. Hazırda Fransanın başqa ölkələri soyqırımda ittiham etməsi, müvafiq qanunlar qəbul etməsi riyakarlıqdan başqa bir şey deyil, yer üzündə başqa millətlərə qarşı soyqırım siyasəti yeridən üç ölkə varsa, biri və birincisi Fransa olub.

Картинки по запросу Çin uyğurlar

Dünyanın düzəni belədir. Soyqırımı mühakimə edən, onu hərbi cinayət sayıb yasaqlayan beynəlxalq konvensiyalar olsa da, hansısa üçüncü dünya ökəsində zərurət yaranıqda, zəif, ancaq itaət etməyən etnik qrupa qarşı bu siyasəti yeritməkdən çəkinmirlər. Bu aktı həyata keçirənlərin bir xeylisi öz güclərinə, havadarlarına arxayın olaraq, əmindirlər ki, cəzasız qalacaqlar. Və elə də olur. Uzun illərdir uyğuları qırıb çatan Çin hökuməti törətdiyi antibəşəri cinayətlərə görə nəinki mühakimə olunmur, heç Çinə qarşı BMT qətnaməsi qəbul edən də yoxdur. Ermənistanın keçmiş hakimiyyətləri də Xocalıda həyata keçirilən soyqırım aktına görə hələ mühakimə olunmayıb. Ancaq ermənilərin “soyqırım”a məruz qalmaları barədə vay=şivənləri dünyanı başına götürüb.

Uzun sözün kəsəsi, yer üzündə yaşayş uğrunda mübarizə gedir, güclülət yaşayır, zəiflər qırılır. Heç vaxt bəşər oğlunun insafına, ədalətinə güvənmək, özünü onun mərhəmətindən asılı vəziyyətə qoymaq olmaz. Bu gün milli dövlətlərin mövcudluğunun başlıca səbəbi budur.

Musavat.com