Sorğu: Fransada müsəlmanlar irqi və dini ayrı-seçkiliyə məruz qalır
Fransanın İctimai Rəy İnstitutu (İFOP) ölkə əhalisi arasında sorğu keçirib.
“Report”un Fransa bürosu xəbər verir ki, sorğunun nəticələrinə görə, Fransada hər 10 müsəlmandan 4-ü irqi və dini ayrı-seçkiliyə məruz qalıb.
Qeyd edilib ki, Fransadakı müsəlmanların 42 faizi həyatlarında bir dəfə də olsa mənsub olduqları dinə görə ayrı-seçkiliyin qurbanı olublar. Onların 28 faizi polis nəzarəti zamanı, 24 faizi iş, 22 faizi isə mənzil axtarışı zamanı ayrı-seçkiliklə üzləşiblər.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Sorğuya əsasən, Fransada yaşayan hər 4 müsəlmandan biri verbal zorakılığa, yaxud təhqirə məruz qalıb. Müsəlman olmayan əhali arasında isə bu rəqəm 9 faizə bərabər olub. Fiziki zorakıq halları isə müsəlman olmayan əhaliyə qarşı 3 faiz, müsəlmanlara qarşı isə 7 faiz olub.
Bildirilib ki, Fransada yaşayan müsəlman qadınlar kişilərə nisbətən daha artıq ayrı-seçkilik halları ilə qarşılaşıblar. Belə ki, qadınların 45 faizi, kişilərin isə 35 faizi ayrı-seçkilik qurbanı olub. Başını örtən müsəlman qadınların isə 60 faizi həyatlarında bir dəfə də olsa ayrı-seçkiliyə məruz qaldıqlarını, 37 faizi isə təhqir olunduqlarını bildiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək