
Əfqanıstan, Pakistan Talibanı lideri Molla Fəzlullah öldürülüb.
Minval.info xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Talibanın Pakistan üzrə lideri Əfqanıstan-Pakistan sərhəddində yerləşən Kunar əyalətində ABŞ-ın pilotsuz uçuş aparatlarından edilən hücum nəticəsində həyatını itirib.
Qeyd edək ki, Əfqanıstanı savaş meydanına çevirən Taliban tarixində ilk dəfə Ramazan bayramı üçün atəşkəs elan etmişdi.


































