Bakının Nizami rayonunda partlayış baş verib.

Minval.info OilGas.az saytına istinadən xəbər verir ki, “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxanada baş vermiş partlayış nəticəsində ətrafda yerləşən yaşayış binalarına ciddi ziyan dəyib.

Hadisə Nəsimi küçəsində, “İnter Turan” mebel mərkəzinin arxa hissəsində baş verib.

Dərhal hadisə yerinə yanğınsöndürən briqada və təcili tibbi yardım cəlb olunub. Ölən və ya yaralananlar barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma başlanıb.