İyulun 27-si son 100 ilin ən uzun müddətli ay tutulması olacaq. Tutulma nəticəsində ay qırmızı rəng alacaq və ortaya maraqlı bir görüntü çıxacaq.
Minval.İnfo xəbər verir ki, bu tutulma 1 saat 43 dəqiqə çəkəcək və bu hadisə Dünyanın hər bir nöqtəsində görülə bilməyəcək. Ölkəmizdə isə bu hadisə tam görülə biləcək.
Alimlər ayın qırmızı görünməsini günəş şualarının yer atmosferindən keçməsi ilə izah edirlər.
Tamerlan



































