Soçi görüşü bitdi… Laçın dəhlizini BAĞLAYIRIQ?
Soçi görüşündən əvvəl Azərbaycanın Xankəndi şəhərində mitinqin keçirilməsi Rusiyanın Azərbaycana qarşı təxribatı idi və rəsmi Bakı bunu cavabsız qoymamalıdır.
Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının komandanı, general-mayor Andrey Volkov dərhal persona non-qrata (arzuolunmaz şəxs) elan edilməli və Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bunu reallaşdırmaq mümkündürmü? Rusiyanın Azərbaycana qarşı bu qanunsuzluğu hansı formada öz cəzasını almalıdır? Biz Laçın dəhlizinin bağlanmasını tələb etməliyikmi?
Ermənistan və Rusiya uzunmüddətli strateji tərəfdaşlıq və müttəfiqlik üçün möhkəm zəmin yarada biliblər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda keçirilən Beynəlxalq Forumun qonaq sessiyasının açılışındakı müraciətində deyilir.
Açılışda müvafiq mesajı Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin oxuyub.”Son onilliklər ərzində biz möhkəm dostluq və qarşılıqlı rəğbət tellərinə arxalanaraq, biz bir-birimizlə dostluq münasibətləri qurmağa nail olmuşuq. Bu, uzunmüddətli strateji tərəfdaşlıq və müttəfiqlik üçün möhkəm zəmindir”, – deyə rusiyalı nazir vurğulayıb.
https://www.youtube.com/watch?v=a1KV80q58Jc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fənərbağça - Beşiktaş matçı - CANLI
TƏCİLİ: Türkiyədə seçkilər 1 il təxirə salınır?