08.09.2019 - 11:31
Foto 17 baxış

Sevgilisi Ronaldonu belə ehtiraslandırır - Özü açıqladı

“Yuventus”un hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corciana Rodriges ilk dəfə olaraq futbolçuya olan sevgisindən və aralarındakı intim münasibətdən danışıb.

“The Sun”a müsahibəsində o deyib ki, belə bir məşhur insanın sevgilisi olmaq asan deyil.

“Amma mən həyatımı dəyişmək istəməzdim. Ona olan hisslərim hər şeydən üstündür. Birlikdə biz güclüyük və bir-birimizlə qarşılıqlı fəxr edirik. Ehtirasa gətirmək və arzulamaq çox vacibdir. Mən həmişə alt paltarında yatıram. Ümumiyyətlə, seksual alt paltarlara üstünlük verirəm. Bu, rahat, seksual və romantikdir. Bu geyimdə hər şey var və bu, sizin kişinizi xoşbəxt edir” deyə, o bildirib.

Corciana deyib ki, Ronaldo ilə tanışlığı “Gucci” mağazasında baş verib: “Mən orada satıcı-məsləhətçi işləyirdim. Bir neçə gün sonra biz başqa bir brendin tədbirində rastlaşdıq. O vaxt biz mənim işimdən kənar söhbət edə bildik. Bizim sevgimiz ilk baxışdan yaranıb. Mən Kriştiano ilə puluna görə tanış olmamışam. Mən zənginəm – bu, sağlam həyatım və xoşbəxt ailəmdir. Bir neçə ay əvvəl mənim atam uzun sürən xəstəlikdən sonra vəfat etdi. Onda başa düşdüm ki, insan sağlamlığı hər şeydən önəmlidir”.

Qol.az

Açar sözlər: #Corciana Rodriges
Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: