24.05.2019 - 09:39
“Sepah”: ABŞ-ın körfəz regionundakı hərbi gəmiləri tam nəzarətimiz altındadı
Region 3 baxış

“Sepah”: ABŞ-ın körfəz regionundakı hərbi gəmiləri tam nəzarətimiz altındadı

“Sepah”: ABŞ-ın körfəz regionundakı hərbi gəmiləri tam nəzarətimiz altındadı“Hazırda ABŞ-ın körfəz regionundakı hərbi gəmiləri “Sepah” və ordumuzun tam nəzarətindədir. Hər hansı bir nigaranlığa əsas yoxdur”.

ONA xarici mediaya istinadla xəbər verir ki, bunu “Sepah” baş komandanının canişini Əli Fədəvi deyib.

O bildirib ki, xarici hərbi gəmilər icazə almadan İran sahil sularına yaxınlaşa bilməzlər.

“Sepah” təmsilçisi əlavə edib ki, körfəzdə olan bütün xarici hərbi gəmilər İranla fars dilində danışmalıdı: “Məhz buna görə də bu gün körfəz sularında hərəkət edən bütün xarici hərbi gəmilərdə fars dilini bilən tərcüməçilər var. Bu isə bizim gücümüzü göstərir”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: