01.09.2026 - 13:47
Ölkə 22 baxış

Sentyabrın 2-də ölkə ərazisində isti hava gözlənilir

Azərbaycanda sentyabrın 2-də hava şəraitinin 31 dərəcəyədək isti olacağı proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə saatlarında temperatur 18-20° isti, gündüz isə 25-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə 65-75% arasında dəyişəcək.

Minval.info xəbər verir ki, Azərbaycanın digər rayonlarında da əksər yerlərdə hava yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Bu ərazilərdə qısamüddətli leysan xarakterli yağışlar, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Gecə temperaturu 17-21° isti, gündüz isə 26-31° isti olacaq. Dağlıq ərazilərdə gecə 9-14° isti, gündüz isə 17-22° isti gözlənilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: