Seçki namizədi efirə toyuq kostyumu ilə çıxdı - VİDEO
“Hər kəsə pulsuz pivə” sözü verən partiyanın nümayəndəsi efirə toyuq kostyumu ilə çıxıb.
Macarıstanda 8 apreldə baş tutacaq seçkilər öncəsi namizəd olan bütün partiya nümayəndələri yerli televiziyalar vasitəsilə təbliğat və təşviqat kompaniyası həyata keçirirlər. Seçkilərin ən diqqət çəkən partiyası “İki quyruqlu it” partiyası televiziya verilişinə toyuq kostyumu geyinərək çıxıb. Üstəlik ona verilmiş 5 dəqiqə ərzində ünvanına yönəldilən suallara sadəcə toyuq səsi çıxararaq cavab verib. Bu addımdan sonra bütün ölkənin diqqətini öz üzərinə çəkən partiyanın niyə belə addım atdığı müzakirə edilir. Bəziləri bunu seçkilərin qeyri-ciddiliyinə diqqət çəkmək məqsədi güddüyünü, bəziləri də artıq “sözün bitdiyi yerə” gəlib çatdıqlarını bildirir.
Qeyd edək ki, “İki quyruqlu İt partiyası” bir qrup gəncin seçki sistemini, seçki təşviqatı zamanı yüksələn irqi ayrıseçkiliyi və populizmi satirik bir dillə tənqid etdiyi hərəkat idi. Daha sonra gənclərin və maarifçilərin böyük maraq göstərdiyi hərəkat partiya kimi qeydiyyatdan keçdi.
Partiyanın özünəməxsus maraqlı seçki vədləri də var. Əgər seçkiləri qazansalar “hər kəsə pulsuz pivə” və “yayda sərin, qışda mülayim günlər” vəd edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır