Saray qəsəbəsində su və işıq dərdi: Sakinlərdən 1 000 manat tələb olunur
Abşeron rayonunun Saray qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yaşayan sakinlər kommunal xidmətlərin çatışmazlığından əziyyət çəkirlər. Onlar suyun kəsilməsi və elektrik təchizatında yaranan problemlərdən narazıdırlar.
Minval.info xəbər verir ki, sakinlər suyun tez-tez kəsildiyini və kanalizasiya xətlərinin mövcud olmasına baxmayaraq, mənzillərə çəkilməsi üçün əlavə ödəniş tələb edildiyini bildirirlər. Sakinlərdən biri, “Hər evdən 1 000 manat tələb olunur,” deyə narazılığını ifadə edib.
Başqa bir sakin isə elektrik təchizatındakı problemlərin kombi cihazına ziyan vurduğunu və dəfələrlə müraciət etmələrinə baxmayaraq, problemin həll olunmadığını qeyd edib. “Mühəndis gəlib düzəldir, amma bir həftə keçməmiş yenə eyni problem yaranır,” deyə o əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır