13.08.2026 - 12:36
Ölkə 15 baxış

Samuxda qarayara həyəcanı: Beş nəfərdə təhlükəli bakteriya aşkarlandı

Samux rayonunda beş nəfərdə ilkin müayinələr nəticəsində qarayara xəstəliyinin əlamətləri aşkarlanıb. Hazırda bu şəxslərin müalicəsi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsində davam etdirilir.

Minval.info xəbər verir ki, infeksionist Mərdan Əliyev qarayara xəstəliyinin yayılma yolları və simptomları barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, bu xəstəlik çöpşəkilli bakteriyalar tərəfindən törədilir və əsasən heyvanlardan insanlara keçir.

Əliyev qeyd edib ki, qarayara insandan insana nadir hallarda yoluxur və daha çox qəssab peşəsi ilə məşğul olan şəxslərdə müşahidə olunur. Xəstəliyin ən çox yayılan forması dəri formasıdır və mikrozədələr vasitəsilə bakteriyalar dəriyə düşərək ilkin olaraq kiçik səpgilər yaradır. Bu səpgilər zamanla böyüyərək yaraya çevrilir və orta hissəsi qara rəngdə olur.

İnfeksionist əlavə edib ki, daxili orqanlarda qarayara nadir hallarda rast gəlinir və bu hallar daha təhlükəli hesab edilir. Xəstəlik insandan insana keçmədiyi üçün karantin rejiminin tətbiqinə ehtiyac yoxdur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: