Samir Nuriyev Fuad Nəcəflini Naxçıvan ictimaiyyətinə təqdim etdi - Fotolar
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini muxtar respublikanın ictimaiyyətinə təqdim edib.
Minval.info xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək bildirib ki, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.
Samir Nuriyev muxtar respublikanın yeni rəhbərliyinin qarşıda duran vəzifələrin vaxtında, tam və səmərəli şəkildə icrasını təmin etməklə Azərbaycan Prezidentinin göstərdiyi böyük etimadı doğruldacağına ümidvar olduğunu deyib.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur