Sakiler qrupu musiqi səhnəsindən ayrıldı
Türkiyənin tanınmış musiqi qrupu ‘Sakiler’ fəaliyyətini dayandırdığını elan edib. Qrup, ‘Dünyadan Uzak’, ‘Canıma Minnet’ və ‘Yalanı Bırak’ kimi məşhur mahnıları ilə tanınırdı.
Minval.info xəbər verir ki, 2020-ci ildə yaradılan və Hasan Gözetlik, Yücel Girgin və Serkan Balkandan ibarət olan qrup, 6 illik musiqi karyerasını başa vurub. Dağılma xəbəri qrupun gitaristi Yücel Girgin tərəfindən sosial media vasitəsilə paylaşılıb.
Girgin, paylaşımında ‘Sakiler dövrü öz missiyasını tamamladı’ deyərək, qrupun arxasında möhtəşəm mahnılar və unudulmaz xatirələr buraxdığını bildirib. O, bu müddət ərzində onları dəstəkləyən hər kəsə təşəkkür edib və gələcəkdə yeni layihələrlə pərəstişkarlarının qarşısına çıxacaqlarını qeyd edib.
Dağılma qərarından sonra ‘Sakiler’ qrupunun ‘Instagram’ hesabı da bağlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır