03.12.2021 - 17:11
CƏMİYYƏT 9 baxış

Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın və kişi saxlanılıb

“Minval.info” xəbər verir ki,onların qəsəbə ərazisində yaşadıqları evə baxış zamanı Kamran Rüstəmova məxsus ümumi çəkisi 1 kiloqram 205 qram olan marixuana, elektron tərəzi, narkotik vasitələri satmaq məqsədi ilə bükümlər formasına salan əşya, süngü və beşbarmaq bıçaqlar aşkar olunaraq götürülüb. Kamran Rüstəmov ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduğunu da bildirib.

Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Sabunçu rayonunda narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: