26.11.2026 - 13:34
Aralıq dənizində tanker batdı: 7 min ton dizel yanacağı daşıyırmış
Hadisə 329 baxış

Aralıq dənizində tanker batdı: 7 min ton dizel yanacağı daşıyırmış

Malta bayrağı altında üzən “Med Emre” tankeri Aralıq dənizində, İbitsa yaxınlığında batıb. Publika.az-ın məlumatına görə, Balear adalarının təcili yardım xidmətləri hadisə nəticəsində bir heyət üzvünün həlak olduğunu, altı nəfərin isə yaralandığını bildirib.

Xilasedicilərin verdiyi məlumata əsasən, hadisə bu gün, 26 noyabrda, səhər saatlarında, İbitsa adasından təxminən 25 mil şimal-şərqdə baş verib. Tanker kimyəvi maddələr daşıyırmış və Alqesirasdan Barselonaya gedirmiş.

İlkin hesablamalara görə, gəmidə təxminən 7000 ton dizel yanacağı daşınıb ki, bu da təxminən 1,2 milyon litrə bərabərdir. Tankerin heyətində ümumilikdə 17 nəfər olub.

Neft dağılması təhlükəsi səbəbindən çirklənmənin miqyasını qiymətləndirmək və nəticələrini aradan qaldırmaq üçün fəlakət yerinə ixtisaslaşmış gəmi göndərilib. Əməliyyatda dəniz xilasetmə təyyarəsi də iştirak edir və ərazidə hava kəşfiyyatı aparır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: