Sabah Bakıda surpriz hava: Yağış, günəş və külək bir arada!
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi və əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Lakin günün bəzi saatlarında yağışın yağma ehtimalı var.
Minval.info xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək. Gecə saatlarında havanın temperaturu 22-25° arasında dəyişəcək, gündüz isə 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu səviyyəsində olacaq, nisbi rütubət isə gecə 70-75%, gündüz 40-45% təşkil edəcək.
Ölkənin şimal və qərb rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə leysan xarakterli intensiv yağışlar, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə edilə bilər. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda gecə temperaturu 22-26°, gündüz isə 32-36° arasında dəyişəcək. Dağlıq ərazilərdə gecə 14-19°, gündüz isə 21-26° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026