Sabah Bakıda hava necə olacaq? – Şimşək çaxacaqmı?
Bakıda və Abşeron yarımadasında avqustun 7-də havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gün ərzində şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəz olunacaq.
Minval.info xəbər verir ki, gecə saatlarında havanın temperaturu 22-25° isti, gündüz isə 30-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-80%, gündüz 50-55% arasında dəyişəcək.
Azərbaycanın digər bölgələrində də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə günorta saatlarında qısamüddətli leysan yağışları və şimşək çaxması ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq yerlərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda gecə temperaturu 22-26° isti, gündüz isə 34-39° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 15-20° isti, gündüz 23-28° isti gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026