Sabah bəzi bölgələrdə 40 dərəcə isti olacaq
Sabah Azərbaycanda bəzi bölgələrdə havanın temperaturunun 40 dərəcəyə çatacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə saatlarında 23-27° isti, gündüz isə 30-35° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-75%, gündüz 50-55% arasında dəyişəcək.
Minval.info xəbər verir ki, Azərbaycanın digər rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 35-38°, bəzi yerlərdə isə 40° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 12-17° isti, gündüz 21-26° isti gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026