Səudiyyə şahzadəsi Knessetdə çıxış edəcək

İsrail Knessetinin üzvü Yossi Yoon Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmana İsrail parlamentində çıxış etmək təklifini irəli sürüb.
Oxu.Az İsrail mətbuatına istinadla xəbər verir ki, bu barədə Kral ailəsinə yaxın olan tanınmış publisist Dahama əl-Ənzi “Khaledj Times” üçün yazdığı məqalədə iddia edib.
Əl-Ənzi bildirib ki, bu addımı atmaqla Bin Salman Yaxın Şərqdəki sülh prosesinə böyük töhfə verə və ərəblərlə israillilər arasında sülhün bərqərar olmasını yaxınlaşdıra bilər. Jurnalist nümunə kimi Misirin sabiq prezidenti Ənvər Sədatı göstərib.
Əl-Ənzi əmindir ki, bütün təhdidlərə baxmayaraq, şahzadə təklifi qəbul edəcək və Knessetə təşrif buyuracaq. Məqalədə həmçinin Səudiyyə Ərəbistanı ilə İsrailin ümumi düşmənləri olduğu xatırladılır – İran və Türkiyə.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu
Kanada və Ukrayna arasında 350 milyon dollarlıq anlaşma
Güllünün ölümündə şok etiraf: Qızı qatil çıxdı!
İranın raket hücumları: ABŞ bazaları hədəfdə
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü