Səudiyyə Ərəbistanında yeni qanun — Dini lağa qoyanlar həbs ediləcək
“Ölkə.Az” xəbər verir ki, bəyanata əsasən, bundan sonra din mövzusunda zarafat 5 il həbs cəzasına səbəb olacaq.
“Sosial şəbəkələrdə din dəyərlər, əxlaq normalarının lağa qoyulması və ictimai asayişin pozulmasına yönəlmiş istənilən zarafat kiber cinayət kimi qəbul ediləcək”, – deyə məlumatda bildirilir.
Günahkar bilinən şəxsləri 5 il həbs cəzası və 3 milyon rial məbləğində cərimə gözləyir.
Qeyd edək ki, 2012-ci ildə Səudiyyə Ərəbistanında “Səudiyyə Ərəbistanı liberal şəbəkəsi” saytının yaradıcısı Raif Bədəvi həbs edilmişdi. O, krallığın ruhanilərini və dini polislərini tənqid etməkdə ittiham edilirdi. Bundan başqa Bədəvi İslamı təhqir etdiyi üçün də ittiham edilib. Hazırda o, həbsdədir və məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
