Rusiya Federasiyasının İstintaq Komitəsi Bangkokdan Moskvaya uçan bir təyyarədə xuliqanlıq edən sərnişinin hərəkətləri barədə məlumatları araşdırır. Bu barədə “Gazeta.ru” xəbər verib.

Bizimyol.info xəbər verir ki, Aeroflot mətbuat xidmətindən verilən məlumata görə, aprelin 22-də uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin təyyarədə qalmaqal yaradıb. O, yüksək səslə bələdçini söyüb ona hədə-qorxu gələrək qəza lükunu açmasını tələb edərək uçuşda olan təyyarədən düşmək istədiyini bildirib.

Ekipaj üzvləri köməyə gəlmiş sərnişinlərlə bnirlikdə xuliqanlıq edən adamı zərərsizləşdiriblər. Aqressiv sərnişinin qollarını və ayaqlarını təhlükəsizlik kəmərləri ilə bağladılar. Sərxoş adam isə çığıraraq “işgəncəyə məruz qaldığını” bildirirdi. Təyyarə heyəti ona adid olan yerdən iki şüşə spirtli içki aşkarlayıb.

Təyyarə Sheremetyevo hava limanında eniş etdikdən sonra ekipaj üzvləri “təyyarə xuliqanı”nı hüquq-mühafizə orqanlarına təhvil veriblər. İndi həmin şəxsi təyyarədə təhlükəli davranışına görə beş ilədək həbs cəzası və ya yarım milyon rubla qədər cərimə gözləyir. “Beşinci Kanal” həmin adamın 15 ildən çox müddətdə psixiatriya və narkoloji sahədə fövqəladə və kritik şərait mütəxəssisi oluduğu məlum olub.