Image result for sərxan kərəmoğlu maşın şou“Maşın” realiti şounun qalmaqallı iştirakçısı aktyor Sərxan Kərəmoğlunun özünəməxsus çıxışı narazlıq doğrurub.

Minval.info xəbər verir ki, veriliş zamanı sosial şəbəkə istifadəçilərinin ən çox yarışmadan getməyini istədikləri məhşurların adları açıqlanıb. Onların sırasında S.Kərəmoğlunun ismi də olub. Bu zaman aktyor sosial şəbəkə istifadəçilər barədə kobud sözlər dilə gətirib. O, “Restoranın yanından keçərək “wi-fi” axtaran insanlar yox, bizə televiziya qarşısında oturan intelektual tamaşaçılar lazımdır, onlar bizə səs verir” deməsi aktyora qarşı qəzəbi daha da alovlandırıb.

Yeri gəlmişkən, aparıcı Murad Dadaşov onun çıxışından sonra “biz də xarici ölkəyə səfər edərkən “wi-fi” axtarırıq, burada problem yoxdur” söyləyib.

Sərxan Kərəmoğlunun bu sözlərindən sonra sosial mediada istifadəçilər aktyoru tənqid və təhqir edib.

Bunun ardınca qalmaqallı iştirakçının şəxsi “Instagram” hesabında onun adından açıqlama yayılıb. Aktyor veriliş zamanı ifadə etdiyi fikirlərə aydınlıq gətirməyə çalışıb. Amma şounun canlı efirində söylədiyi sözləri yenidən təkrarlayaraq eyni mövqedə olduğunu bildirib:

“Xalqı təhqir etməmişəm, ünvanıma yazılan təhqirlərə cavab olaraq dedim ki, küçələrdə, restoran, kafe qabağında internet axtaranlar bizə lazım deyil. Onlar kimisə təhqir edib şərh yazmaqdan həzz alırlar. Düz edib demişəm. Bizə TV qarşısında oturan tamaşaçı səs göndərir. Xalq düşməni deyiləm, sadəcə olaraq bəziləri məni öndə görüb paxıllıq hissini gizlədə bilmir. Ünvanıma təhqir yazanlar mənə “vız” gəlir”.

Xatırldaq ki, yarışmanın ilk günündə səsverməyə çıxan Sərxan Kərəmoğlu “Qalsın”a gələn səs çoxluğundan sonra Oktay Kamili verilişdən uzaqlaşdırdı. Onun bu seçimi əksər tamaşaçılar tərəfindən narazılıqla qarşılandı. Hətta meyxanaçının özü belə aktyorun onu verilişdən uzaqlaşdırmasına sərt reaksiya verdi. Canlı efir zamanı O.Kamilin Sərxan Kərəmoğluna xitabən dediyi sözlər kəsilmişdi.

S.Mirzə