Şənbə gününə gözlənilən hava
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə az çiskin olacağı ehtimalı var.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur