Şəhriyar Hüseynov polis sistemindən çıxarıldı

Ağcabədi rayon icra başçısı Rafil Hüseynovun oğlu, polis kapitanı Şəhriyar Hüseynov daxili işlər orqanlarından çıxarılıb.
“Minval.info” “Qafqazinfo”a istinadən xəbər verir ki, ötən il xüsusi karantin rejiminin pozulması ilə bağlı Yasamal rayonunda Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı vətəndaşlarla kobud davranışı ilə gündəmə gələn Şəhriyar Hüseynov bu ilin iyul ayında öz raportu əsasında daxili işlər orqanlarından xaric olunub.
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya məlumatı təsdiqləyib.
Qeyd edək ki, Şəhriyar Hüseynov Suraxanı rayon icra başçısı Əziz Əzizovun kürəkənidir. Ş.Hüseynov Yasamal hadisələrindən sonra oradakı vəzifəsindən çıxarılaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili təyin edilmişdi. Bu ilin fevral ayında isə həmin vəzifəsindən də çıxarılaraq sərəncama götürülmüşdü.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur