09.12.2021 - 13:24
Səhiyyə
1 baxış
Səhiyyə Nazirliyindən “Omikron” ştamı ilə bağlı açıqlama
“Pandemiya hələ sona çatmayıb. Bu gün virusun daha çox mutasiyaya uğramış, yeni ştamı – “Omikron” ştamı peyda olub və hamının narahatçılığına səbəb yaradıb”.Minval.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, ilkin mülahizələrə görə yeni ştam daha sürətlə yayıla bilir, həm də əvvəlki qazanılmış immun cavabdan müəyyən qədər yayına bilir:
“Yaxın vaxtlarda müşahidələr bu mülahizələrin nə qədər doğru olmasına aydınlıq gətirəcək. Belə bir təhlükə şəraitində insanların qorunması, yoluxma hallarının sürətli artımının qarşısının alınması məhz bizim qoruyucu qızıl qaydalara necə əməl etməyimiz və yenə də vaksinasiyada fəal iştirakımızdan asılı olacaqdır. Bu qoruyucu qaydalara ciddi əməl etmək və eyni zamanda yaşlı və xəstə insanların, uşaqların, hamilə qadınların qrip virusuna qarşı da peyvənd olunması mövsümi respirator infeksiyaların, onlardan baş verə biləcək ağırlaşmaların azalmasına gətirib çıxara bilər. Beləliklə, hər şey özümüzdən asılıdır, yalnız səylərimizi birləşdirməklə infeksiyanı etibarlı surətdə nəzarətdə saxlaya və öz dolğun həyatımıza davam edə bilərik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DİM sədrinin vəfat edən prorektor qızı... - Foto
18.07.2020 - 13:39
İş adamını öldürdükdən sonra evə gəlib öz ailəsini qətlə yetirdi – Fotolar
29.04.2019 - 08:08
"Paşa" ləqəbli qazi evinə döndü - Böyük coşqu ilə qarşılandı - VİDEO
24.12.2020 - 14:25
Ramiz Mehdiyevin “sağ əli”: Çeviriliş xəbərləri və kölgədəki adam...
11.02.2021 - 12:19
Rəşad Süleymanov da koronavirusdan vəfat etdi
15.12.2020 - 11:55
Rusiyada azərbaycanlı deputat Şuşanın işğalı günü bayram etdi - VİDEO
08.05.2018 - 22:33
Prezident "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində
15.11.2025 - 18:29