“Şəfiqə Məmmədova bir qəpiklik adam deyildi” - Xalq artistindən ŞOK AÇIQLAMA
Xalq artisti Ənvər Həsənov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova barədə sərt açıqlama edib.
Sfera.az xəbər verir ki, sənətçi bu barədə Musavat.com-a danışıb.
“Mən artıq bir aydır ki, xəstəxanadan çıxmışam. Evdən heç yerə getmirəm, heç kimlə görüşmürəm, çəkilişlərə, görüşlərə dəvət edirlər, amma ora da getməyə halım yoxdur. Stolumun üstü dərmanla doludur. Dava-dərmanla özümü saxlayıram, heç kimə də müraciət etmirəm. Sözün doğrusu, indi kiməsə müsahibə verməkdən qorxuram. Bəzən kimsə haradansa nəsə eşidib, üzərinə onunu qoyub, yazır. Məsələn, yazmışdılar ki, guya mən xəstəxanadan çıxdıqdan sonra Şəfiqə Məmmədova gəlib mənimlə görüşüb, mənə əl tutub. Başına dəysin! Şəfiqə Məmmədova bir qəpiklik adam deyildi, biz onu gətirib, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına sədr seçdik. O, Azərbaycan kinosunu məhv edən birinci düşmənimizdir”, – deyə. Ə. Həsənov bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək