Rza Pəhləvi İsraildən səsləndi: “İran rejimi İran xalqını təmsil etmir”
İranın vəliəhd şahzadəsi və şahın böyük oğlu Rza Pəhləvi Qüdsün Yad Vaşem Holokost Memorial Muzeyində İsrailin Holokostu anma gününün başlanması münasibətilə keçirilən mərasimdə iştirak edib.
Musavat.com-un məlumatına görə Vəliəhd şahzadə i24NEWS- ə deyib ki, İran rejimi “İran xalqını təmsil etmir” və Tehran Holokostu qəbul etmədiyi üçün 2500 illik xalqı adından İsrailə dəstəyini göstərməyi öz vəzifəsi hesab edir. “İran xalqı İsrail və İranın digər qonşuları ilə dinc və dostluq münasibətlərinin bərpası yolu ilə insan hüquqlarının qorunması və dini və mədəni müxtəlifliyə hörmətlə yanaşı, öz irsinə hörmət edəcək bir hökumətə can atır.
Milyonlarla həmvətənlərim İslam İnqilabı cəmiyyətimizi parçalamazdan əvvəl yəhudi-iranlı dostları və qonşuları ilə bir yerdə yaşadıqlarını hələ də xatırlayır”,-Pəhləvi deyib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ və İran arasında gərginlik: Tramp danışıqların olmadığını deyir
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Avropa İttifaqı Booking.com-u saxta elanlar və fırıldaqlarla bağlı araşdırır
Ölümsüz meduza yaşlanmanı geri çevirmək ümidini artırır