Rusiyada dəhşətli hadisə - baba 2 yaşlı nəvəsini sobaya atıb yandırdı - Video
Rusiya 53 yaşlı kişi nəvəsini sobaya ataraq yandırıb.
Musavat.com xəbər verir ki, dəhşətli hadisə Rusiyanın Omsk şəhərində baş verib.
53 yaşlı babanın nəvəsini sobaya atmasına səbəb isə uşağın içinə cin girməsi iddiası olub. 2 yaşlı nəvəsinin bədəninə cin girdiyini deyən baba bu ağlasığmaz hadisəni törədib. Nənəsinin və qonşuların köməyi ilə sobadan çıxarılan uşaq xəstəxanaya çatdırılıb. Hazırda uşağın vəziyyəti olduqca ağırdır. Xəstəxanadakı həkimlər uşağın vəziyyətinin ürəkaçan olmadığını, lakin əllərindən gələni etdiklərini bildiriblər.

Uşaqğın anası 21 yaşlı İrina Andreva isə hadisədən bir neçə saat sonra xəbər tutub.
Polisin araşdırması zamanı məlum olub ki,53 yaşlı baba hadisəni törədən zaman sərxoş olub. Daha sonra onun içki aludəçisi olduğu da üzə çıxıb.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub