Rusiyanın "zəhər" iddiası - Zaporojyada nə baş verir?
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Zaporojye vilayətində rus əsgərlərini zəhərlədiyini iddia edib.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Rusiya Müdafiə Nazirliyindən yeni açıqlama gəlib.
Bildirilib ki, Ukraynanın ölkənin cənub-şərq bölgəsində və Rusiyanın nəzarətində olan Zaporojyedə rus əsgərlərini zəhərlədiyi iddia edilib.
Araşdırmalar göstərib ki, bir çox insanın bədənində B tipli botulinum toksin adlı zəhərli maddə tapılıb.
“Donbas və digər bölgələrdəki hərbi məğlubiyyətlərdən sonra Zelenski rejimi tərəfindən rus əsgərlərinə və mülki əhaliyə qarşı kimyəvi maddələrdən istifadə edilərək terror aktları törədilib. Rus əsgərləri ağır zəhərlənmə səbəbindən hərbi xəstəxanaya yerləşdirilib. Müayinələr nəticəsində əsgərlərin tərkibində botulinum toksini B tipli zəhərli maddə aşkar edilib”- açıqlamada bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır